Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub. Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub.

Əbülfəs Qarayevdən yeni təyinat

Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub.

Oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.

Qeyd olunub ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.

Sonda çıxış edən Vüqar İsayev qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını diqqətə çatdırıb.

AzNews.az