- Köhnə - Mədəniyyət
- 7 İyul 2013 12:17
- 4 333
Nərimanov kinoteatrı yerlə-yeksan edildi - FOTOLAR
Modern.az-ın əməkdaşı kinoteatr ərazisinin sonrakı aqibəti ilə maraqlanıb. Söküntünü aparan şirkərinin iş icraçısına yerindəcə yaxınlaşıb məlumat almağa çalışsaq da, adını, soyadını açıqlamayan həmin bu haqda danışmaq istəmədiyini söylədi.
"Danışa bilmərəm, məlumatım yoxdur"-deyə iş icraçısı ildırım sürəti ilə ərazidən uzaqlaşdı.
Kinoteatrın söküləcəyi əvvəlcədən gözlənilsə də, onun yerində hansı obyektin tikiləcəyi hələ qaranlıq olaraq qalır.
Mədəniyyət və Turizm Nazirliyindən məsuliyyəti öz üzərlərindən ataraq kinoteantrın nazirliyin balansından çıxdığını, onun sonrakı taleyindən xəbərsiz olduqlarını dedilər.
Nərimanov rayon İcra Hakimiyyətindən isə obyektin bir müddət əvvəl özəlləşdirildiyi bildirildi. Bəzi məlumatlara görə, kinoteatrın yerində iaşə obyektinin tikilməsi planlaşdırılır.
Kinoteatr uzun müddət idi ki, çayxana və mebel salonu kimi fəaliyyət göstərirdi.
Bu da görkəmli şəxsiyyət Nəriman Nərimanovun adını daşıyan kinoteartrın sonu...
AzNews.az