- Köhnə - Mədəniyyət
- 10 İyul 2013 09:26
- 2 218
Əbülfəs Qarayev xalq artistlərinin davasından danışdı - EKSKLÜZİV
Xalq artistlərinin bitməyən davasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də biganə qalmayıb.
AzNews.az-ın məlumatına görə, Qubada səfərdə olan nazir məsələ ilə bağlı bunları deyib:
"Xalq artisti adını alan şəxslər, bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problemi öz aralarında çözməlidirlər".
Nazir mətbuata da səslənib: "Mətbuat onların narazılıqlarını sensasiya kimi qələmə verməməlidir".
Ruhiyyə
AzNews.az