- Köhnə - Mədəniyyət
- 12 İyul 2013 09:54
- 2 773
Şəfiqə Axundova reanimasiyadadır - YENİLƏNİB
Onun vəziyyətində irəliləyiş yoxdur
Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın səhhəti hələ də orta-ağır olaraq qalır.
Bunu AzNews.az-a bəstəkarın bacısı Rəfirə Axundova bildirib. Onun sözlərinə görə, hazırda bəstəkar 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Şəfiqə xanımın vəziyyəti hələ qaydasına düşməyib. Ağırdır. Həkimlər əlindən gələni edirlər. Yanına gələnlərin, maraqlananların sayı çoxdur. Amma biz elə haldayıq ki… Bilmirik gələn kimdi, gedən kim".
Bəstəkarın bacısı Lent.az-a açıqlamasında isə bildirib ki, Ş.Axudovanın qan-damar sistemində problem var və müalicəsi yalnız Neftçilər xəstəxanasında mümkündür: "Bunu bizə həkimi söylədi. Dərhal Səhiyyə Nazirliyinə yollandıq. Amma orada bizi qəbul edən olmadı. Ərizə yazdıq, dedilər ki, 1-2 günə gələrsiniz. Oqtay Şirəliyev bilsəydi ki, gəlmişik, bizi qəbul edərdi. Amma qəbul otağındakı xanım bizi müavinin də yanına buraxmadı. Biz dərdimizi kimə deyək? Dedilər ki, ərizə yazın, nə vaxt çağırsalar onda gələrsiniz".
Bahar Rüstəmli
AzNews.az