“Buratinonun macəraları” başlayır

Gənc Tamaşaçılar Teatrı yeni mövsüm açılışına hazırlaşır.

Kollektiv 86-cı teatr mövsümünü rus yazıçısı Aleksey Tolstoyun eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Buratinonun macəraları" tamaşası ilə açacaq.

Teatr bu tamaşanı sentyabrın 21-də təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının baş katibi İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).

Bahar
AzNews.az