- Köhnə - Mədəniyyət
- 12 Sentyabr 2013 11:10
- 3 739
Britaniya mətbuatında Azərbaycanla bağlı elan - Foto
Məlumatda bildirilir ki, elan Ağdam, Fizuli, Qubadlı və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, yüzminlərlə azərbaycanlının öz yurdundan didərgin düşməsindən və BMT Təhlükəsizlik Şurasının hələ də yerinə yetirilməyən 4 qətnaməsinin qəbulundan 20 il ötdüyünü vurğulayır.
Məlumatda bildirilir ki, sözügedən jurnal bütün deputatlara, lordlara və Britaniyanın əsas üç partiya konfranslarında iştirak edən nümayəndə heyətlərinə paylanır.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: "The House Magazine" jurnalı çox oxunan və nüfuzlu jurnaldır. Sözügedən elan Britaniya siyasətçilərinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 20 ildir evlərinə qayıda bilməyən qaçqınlar və məcbur köçkünlərin faciəsi barədə xatırladacaq" .
AzNews.az