Ramiz Məlik - 70


Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlikin 70 illik yubileyi keçiriləcək. Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, sözügedən yubiley oktyabrın 19-da baş tutacaq. Həmin günü yubiley tamaşaçılarına teatrın aktyorlarının hazırladığı rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" tamaşası nümayiş olunacaq.

Bahar Rüstəmli
AzNews.az