Namiq Qaraçuxurlunun nişanı ilə bağlı yeni xəbər- VİDEO

İlk iki bölümü yayımlandıqdan sonra tamaşaçıların izlənmə sayına görə birinci olan "Toy gecəsi" bədii televiziya serialının 3-cü seriyasında da maraqlı hadisələr baş verir.


Zərifənin törətdiyi cinayəti əri Cəlil öz üstünə götürərək həbsxanada yatır. Bu sirrin yeganə şahidi isə anasıyla yola getməyən Aygündür. Aygünlə Zərifə arasındakı münasibətlər isə getdikcə daha da gərginləşməkdədir.

Aygün hər an bu sirri aça bilər. Digər tərəfdən isə şirkətin idarəetməsini ələ keçirmək üçün Aslan həbsxanada qardaşı Cəlillə görüşür. Cəlil Aslanın təklifini rədd edərək şirkətin idarəetməsini ona vermir. Bundan hiddətlənən Aslan gizli planlar qurmağa başlayır. Aslanın kimliyi tamaşaçılara məhz bu bölümdə bəlli olacaq. Və ən əsası, tam təsadüf nəticəsində Toğrulu toy gecəsi qətlə yetirən Cavid daha bir qətl planlaşdırır.

Nişanına iki saat qalan Murad Qəhrəmanov hələ də günahsız yerə həbsdədir. Atası onun həbsdən azad edilməsi üçün əlindən gələni edir. Görəsən, Fuad Qəhrəmanov nişan mərasimi başlayana qədər oğlunu azadlığa çıxara biləcəkmi? Əks təqdirdə Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanovun nişanı təxirə salına bilər...



Bahar
AzNews.az