Londonda etirazçılar səfirliyinin binası üzərindəki İran bayrağını dəyişdiriblər

Londonda etirazçılardan biri İslam Respublikasının səfirliyinin binası üzərindəki İran bayrağını endirib.

Aznews.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunur ki, aksiya zamanı bir etirazçı diplomatik nümayəndəlik binasının eyvanına çıxıb, bayrağı çıxarıb və onun yerinə inqilabdan əvvəlki, üzərində şir və Günəş təsvir olunmuş bayrağı asıb.

Skotlend-Yard hadisəni təsdiqləyib. "İran səfirliyinin yaxınlığında keçirilən etiraz aksiyasından və etirazçının hərəkətlərindən xəbərdarıq. Hadisə yerində polis əməkdaşları var. İğtişaşların qarşısını almaq üçün əlavə polis əməkdaşları cəlb edilib", - açıqlamada bildirilir.