Xalq teatrlarının festivalı keçiriləcək


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı xalq teatrlarının festivalı keçiriləcək.

AzNews.az xəbər verir ki, festivalın məqsədi xalq yaradıcılığının inkişafı və gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsidir.

Noyanrın 4-dən 15-dək davam edəcək festivalda 19 mədəniyyət müəssisəsinin 21 kollektivi iştirak edəcək.

Qaliblər mükafatlarla təltif olunacaq.

Bahar
AzNews.az