Və Mənicə

Nizami kinoteatrında "Sirli Bənövşə"yə baxış idi. Məshəti Gəncəvinin anıldığını fikirləşib, getdim. Tehran Əlşanoğlu ilə yanaşı əyləşmişdik. "Tənqidnet" jurnalı müzakirə mövzumuz oldu. Turxanın atasını (Əbu Turxan) - böyük şərq filosofu adlandırılan mütəfəkkirin kimlyini sözləşdirdik. "Məncə, Xəlilov daha uğurlu seçim olardi", dedim. Və...
Təqdimat başladı. Şamil Nəcəfzadə dəvət etmişdi məni, filmin rejissoru. Arxa fonda miniatür elementlərlə "Sirli Bənövşə" yazısı, sonra Sara Oğuz, sonra Məshətinin araşdırmaçısı olan bir xanım danışdılar. Bu ön təqdimatlar sadəcə sovet ədəbiyyatının Məshəti tanıtımı idi, bir tək sufilik nəzəriyyəsi daha tez-tez vurğulanırdı. "Kimdir Məshəti" sualından daha çox nəzəriyyə var idi. Bu nəzəriyyə belə sovet ədəbiyyatşünaslığının hisindən, pasından bozarmış yetimləşən, "ağız"laşan ədəbi düsturlarla sözləşdiyindən tez filmi başlayın istəyi var idi. Və...

Başladı. Svetaevadan bir misra ilə. Sonra "davay dostvidane" olacaqdı, sonra rus şagirdi Məshəti araşdırmaçısına məktub yazacaqdı. Sonra... Rusdilli təfəkkürlə rubai, rus təfəkkürü ilə sufilik, rusbaşı ilə Məshəti xaşı. Və...

Mədəniyyət Nazirliyinə tövsiyəm: etməyin! Xahiş edirik, nə edirsinizsə edin, Dəyərlərimizlə oynamayın. Pul qazanın, xərcləyin, amma Dəyərlərimizlə işiniz olmasın!

Mənicə - Bənövşə deməkdir. Səlcuqlar dövrünü tarixçi dostum Kərəm Məmmədovla və Əkbər Nəcəflə tez-tez bölüşürük. Bənövşələşən poeziyamızın və betonlaşan ədəbiyyatşünaslığımızın məhsulu olaraq nə Mənicəni tanıya bildik filmdə, nə də Səlcuqları. Və...

Mədəniyyət və Turizm Nazirliyinə xəbərdarlıq misalı xahiş: Büdcədən "çəkə-çəkə" nəyi çəkirsiz çəkin, məzmunsuz, mənasız, həm də çox ziyanlı bir missiyanın yükünü də eləcə... ama bu çəkdiklərinizi üzə çıxarmayın, gözdən iraq saxlayın... Zatən bu cəkimlərdə məqsəd, gözümüzə onu soxmaq yox, o birilərin gözünə qatmaqdır...
Nə isə, bu da keçər.

Və... P.S
Dərə təfəkkürü ilə hansı dildə danışırsansan, danış, çaqqal olduğunu gizləyə bilməzsən.