Nazir üç ölkənin səfirini qəbul etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstan Respublikasının Azərbaycandakı səfiri Jolt Çutora, Braziliya Federativ Respublikasının səfiri Santiago Luis Bento Fernandez Alkazar və Turkiyənin ölkəmizdəki səfiri Alper Çoşkun ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyin saytınd verilən məlumata görə, görüş zamanı Macarıstan səfiri Jolt Çutora ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələsinə toxunub. Görüş zamanı həmçinin Macarıstan musiqi nümunələrinin ölkəmizdə tanınması istiqamətində yeni layihələr həyata keçirməyi təklif edib və yaxın gələcəkdə macar musiqi kollektivlərinin Azərbaycanda çıxışı müzakirə edilib. Nazir Ə.Qarayev məsələ ilə bağlı müvafiq dəstək göstəriləcəyini qeyd edərək Macarıstanda da Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Braziliya səfiri ilə görüşündə Azərbaycan-Braziliya əlaqələrinin hazırda inkişaf etdiyini və bu əlaqələrin mədəniyyət və turizm sahəsində gücləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır. Səfir Santiago Luis Bento Fernandez Alkazar Nazirin fikirləri ilə razı olduğunu bildirib. Nazir kino, turizm, kitab işi sahələrində birgə əməkdaşlıq istiqamətində konkret tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq müqavilələrinin imzalanması imkanlarının araşdırılması qərara alınıb.

Türkiyə səfiri Alper Çoşkun ilə görüşdə Azərbaycanla bütün sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunmuş və bunun mədəniyyət və tuzim sahəsinə nüfüzunun artması və dərinləşməsinin göz önündə olduğu qeyd olunub. Nazir iki qardaş xalq arasında mədəniyyət sahəsində silsilə tədbirlərin davamlı olaraq keçirilməsinin təmin ediləcəyini xüsusi qeyd edib.

Səfir Alper Çoşkun Nazirin fikirlərini təqdir etdiyini bildirərək, Azərbaycanda Türkiyə mədəniyyətinin təbliği məqsədilə silsilə tədbirlər çərçivəsində cari ilin payızında ölkəmizdə Türkiyə mədəniyyət həftəsinin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Görüşdə həmçinin mədəniyyət, turizm, kino, sahələrində birgə layihələrin reallaşdırılması məqsədilə Nazirliyin nümayəndələri ilə səfirliyin nümayəndələri arasında mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.

AzNews.az