Azərbaycanlı modelin çəkildiyi filmlə bağlı yeni xəbər

Günay Musayevanın çəkildiyi "Türk tranziti" serialı bu gün Rusiyanın RTR2 telekanalında efirə gedəcək.

AzNews.az xəbər verir ki, G.Musayeva bu serialda Şahnur obrazını canlandırır. Serial rus yazarı Vladimr Qrinkovun "Türk tranziti" bestsellerinin motivləri əsasında çəkilir.

Qeyd edək ki, serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebsov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.

Onu da bildirək ki, serial rus-türk mafiyasından, rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn hadisələrdən bəhs edir.

Bahar
AzNews.az