- Köhnə - Mədəniyyət
- 20 May 2014 15:51
- 6 998
“Bu gün ən ciddi təbriki aldım” – Sabir Rüstəmxanlı- 68 (VİDEO)

Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbəlik illərindən "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilən Sabir Rüstəmxanlı ədəbi-bədii fəaliyyəti, kəskin publisistik yazılarıyla milli şüurun oyanmasında xüsusi rol oynayıb.
İlk kitabı 1970-ci ildə nəşr edilən şairin Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 40-a yaxın şeir, nəsr, publisistika kitabları işıq üzü görüb.
Sabir Rüstəmxanlı 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb.
Axar TV-nin şairin doğum gününə hazırladığı süjeti təqdim edirik: