- Köhnə - Mədəniyyət
- 7 Avqust 2014 08:34
- 5 235
Xanım İsmayılqızıdan ölən oğluna - ŞEİR
AzNews.az-ın məlumatına görə, bəstəkar bu şeiri sosial şəbəkədə paylaşıb.
O yandan necə görünür
Bu dünyanın viran yeri?
Bəlkə elə biz ölüyük,
Bəlkə elə sənsən diri?
Yığışmışıq köçümüzə,
Başdan ayağa bir heçik.
Bizim qəbrimiz böyükdü,
Səninkisə bizdən kiçik.
Acından ölürük burda,
Öz içimizi yeyirik.
Bir qəfəslik qonaq kimi,
Dayanacaq gözləyirik.
AzNews.az