Gözəl ifası ilə sosial şəbəkələrdə ciddi marağa səbəb olan Şamaxı rayonunun Şıxzərli kənd sakini Əhmədxan Fəqani oğlu Qədirov barədə yeni məlumat var. Gözəl ifası ilə sosial şəbəkələrdə ciddi marağa səbəb olan Şamaxı rayonunun Şıxzərli kənd sakini Əhmədxan Fəqani oğlu Qədirov barədə yeni məlumat var.

“O uşaq hərf tanımır...” - Ağaxan Abdullayev

Gözəl ifası ilə sosial şəbəkələrdə ciddi marağa səbəb olan Şamaxı rayonunun Şıxzərli kənd sakini Əhmədxan Fəqani oğlu Qədirov barədə yeni məlumat var.

Bildirilir ki, o, Bakıya gətirib və xalq artisti Ağaxan Abdullayevin yanına aparılıb. Ağaxan Abdullayev onunla öz tələbəsi kimi məşğul olacağını deyib.

Xalq artisti, muğam ifaçısı Ağaxan Abdullayev isə AzNews.az-a açıqlamasında Əhmədxan Qədirovun səsinə qulaq asdığını desə də, onu öz öhdəsinə götürüb-götürməyəcəyi barəsində dəqiq söz deməyib: "O uşağı mənim yanıma gətirdilər. Gözəl səsi var, amma adını belə yaza bilmir, hərif tanımır. 14 yaşı var. Atası çoban olub. Bu da onun yanında çobanlıq edib. Mən onu dinlədim, dedim ki, gətirin bu uşağa dərs keçək. Görsək ki, adını yaza bilir, deməli, dərs keçməyə dəyəcək, yəni zəhmətimiz hədər getməyəcək. İndi bilmirəm o uşağı mənim yanıma gətirəcəklər, ya yox. Əgər gətirsələr, o uşaq gələcəyin xanəndəsi kimi yetişəcək".

A.Abdullayev bildirdi, bu gün üzdə olan, tanınan bütün xanəndələr onun tələbəsi olub: "Başda Alim olmaqla, onların hamısı məndən bəhrələnib. Mənim Alim kimi tələbəm var. Bu mənim üçün fəxrdir. Ondan başqa nə qədər tələbələrim var. Asəf Zeynallıda hamı muğamı məndən öyrənib, sonra Mədəniyyət və İncəsənət Universitetinə, Konservatoriyaya gedirlər. Yəni, ocaq Ağaxan Abdullayev ocağıdır. Xalq artisti, şöhrət ordenli kim varsa mənim tələbəmdi".





Bahar Rüstəmli
AzNews.az