Sabah bir qrup sənət adamı və deputat cəbhə bölgəsinə səfər edəcək. Sabah bir qrup sənət adamı və deputat cəbhə bölgəsinə səfər edəcək.

“Mahsun Kırmızıgül Lənkəranda uşaq kimi ağladı” - Baloğlan Əşrəfov

Sabah bir qrup sənət adamı və deputat cəbhə bölgəsinə səfər edəcək.

Bu barədə AzNews.az-a məlumat verən əməkdar artist Baloğlan Əşrəfovun sözlərinə görə, səfərin məqsədi "N" saylı hərbi hissədə əsgərlər qarşısında böyük bir konsert layihəsi həyata keçirməkdir: "Gedənlər arasında müğənnilər, deputatlar və rəsmi şəxslər də var. Bu konsert onların xahişi ilə olacaq. Onlar kimi tələb ediblərsə, konsertdə də həmin müğənnilər olacaq. Mən də orada öz ansamblımla birlikdə çıxış edəcəm. Əsgərlər hansı mahnını istəsə, onları da oxuyacam".

B.Əşrəfov Türkiyənin sevilən sənətçiləri Mahsun Kırmızıgül və Sibelcanla olan fotolarına da aydınlıq gətirib: "Hər il ənənəvi olaraq, mənim dostum Mübariz Məsimovun anasının ad günü qeyd edilir. Bu dəfə də biz türk sənətçiləri ilə bir yerdə həmin tədbirdə olduq. Tədbir Lənkəranda baş tutdu. Mən orada ana haqqında muğam oxudum, Mahsun Kırmızıgül orada uşaq kimi ağladı".



Bahar Rüstəmli
AzNews.az