Xalq artisti, tanınmış kinoaktyor Fəxrəddin Manafov Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilən filmdən danışıb. Xalq artisti, tanınmış kinoaktyor Fəxrəddin Manafov Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilən filmdən danışıb.

Fəxrəddin Manafovdan “Əli və Nino” açıqlaması

Xalq artisti, tanınmış kinoaktyor Fəxrəddin Manafov Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilən filmdən danışıb.

Aktyor AzNews.az-a bildirib ki, "Əli və Nino" filminin çəkilişləri çoxdan yekunlaşıb.

F.Manafovun sözlərinə görə, filmsevərlər bu filmə baxmaq üçün ən azı bir il gözləməli olacaqlar: "Əli və Nino" filmini ingilislər çəkib. Biz sadəcə, onlardan bu filmi çəkməyi sifariş etmişik. İndi filmin nə vaxt yayımlanmasına da onlar qərar verəcək. Yəqin ki, bir il çəkər".

F.Manafovun fikrincə, "Əli və Nino" filmi uğurlu alınacaq: "Bunun belə olacağını əminliklə deyirəm. Əsər güclü olduğundan bu film üzərində çox böyük sənətkarlar, xüsusən də kino mütəxəssisləri işləyib. Bu roman Azərbaycanın klassik və böyük bir əsəridir".

Xatırladaq ki, "Əli və Nino" filmində Fəxrəddin Manafov məşhur milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb.

Bahar RÜSTƏMLİ
AzNews.az