Xəbər verildiyi kimi, tanınmış muğam ifaçısı, xalq artisti Alim Qasımov iyun ayının 19-dan 22-nə kimi İsveçrənin “Ağaxan” şirkətinin dəvəti ilə bu ölkədə olub. Xəbər verildiyi kimi, tanınmış muğam ifaçısı, xalq artisti Alim Qasımov iyun ayının 19-dan 22-nə kimi İsveçrənin “Ağaxan” şirkətinin dəvəti ilə bu ölkədə olub.

“Oyunları İsveçrədə də maraqla izləyirlər” – Alim Qasımov

Xəbər verildiyi kimi, tanınmış muğam ifaçısı, xalq artisti Alim Qasımov iyun ayının 19-dan 22-nə kimi İsveçrənin “Ağaxan” şirkətinin dəvəti ilə bu ölkədə olub.


O, İsveçrə səfəri haqda təəssüratını AzNews.az-la bölüşüb.

Sənətkar İsveçrədə olduğu müddətdə yalnız bir konsert proqramı ilə çıxış etdiyini vurğulayıb. "Konsertdən sonra isə bir günlük "master-klas" dərsi keçdim. Dərsdə 50-dən yuxarı ifaçı iştirak edirdi. Onlar Azərbaycan muğamına heyran qalmışdılar".

A.Qasımov ona yenidən həmin ölkədə konsert vermək təklifi irəli sürüldüyünü də bildirib: "Biz də Fərqanə xanımla bu təklifi qəbul etdik. Gələn il bu vaxtı ora gedəcəyik".

Sənətkar deyib ki, Birinci Avropa Oyunlarına görə İsvecrədən Azərbaycan xalqına çoxlu salamlar ünvanlanıb: "Məni hamı təbrik etdi. Dedilər ki, Birinci Avropa Oyunlarını İsveçrədən maraqla izləyirlər. O qədər bəyəniblər ki, fikirlərini sözlə ifadə edə bilmirdilər".

Bahar RÜSTƏMLİ
AzNews.az