“Neftin adamı” Sloveniyada nümayiş olundu- FOTO

"OD MEDIA- PRODUCTION"-un istehsalı olan qısametrajlı "Neftin adamı" sənədli filmi Dokubazaar festivalında nümayiş olunub. Qeyd edək ki, festival oktyabrın 1-dən 3-dək Sloveniyanın Lyublyana şəhərində keçirilib. Filmin rejissoru Seyran Mahmudoğludur.

Onu da bildirək ki, festival çərçivəsində ümumilikdə Fransa, İran, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Polşa, Almaniya və s. ölkələrdən 43 sənədli film nümayiş olunub. Festival yalnız nümayiş xarakteri daşıyır.

Filmin rejissoru Seyran Mahmudoğlunun verdiyi məlumata görə "Neftin adamı" qısametrajlı sənədli filmi 2012-ci ilin noyabr ayında Finlandiyada keçiriləcək "Wildlife Vassa International Nature Film Festival"-na da dəvət alıb. Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operator, Əli Sultanov, Elşən Aslanovdur.

Bahar Rüstəmli
AzNews.az
image description image description image description