- Köhnə - Mədəniyyət
- 16 Oktyabr 2012 12:24
- 3 445
Caz Festivalının bir günü təxirə salındı
Emil Əfrasiyabın çıxışdan imtina etməsi Festival təşkilatçılarını çətin duruma salıb
Xəbər verdiyimiz kimi bu gün saat 19-00- da Bakı Beynəlxalq Caz Festivalının açılışı gözlənilir. Sabah isə proqramda Azərbaycanın tanınmış caz pianoçusu Emil Əfrasiyab səhnəyə çıxacaqdı. Lakin onun yaxın adamının rəhmətə getməsi proqramda dəyişikliyə səbəb olub. O, səhnəyə çıxmaqdan imtina edib.
Bəs, oktyabrın 17-də festivalda kim çıxış edəcək?
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Zöhrə Əliyevanın verdiyi məlumata görə, oktyabrın 17-də festival çərçivəsində heç bir konsert layihəsi təqdim olunmayacaq: "Emil Əfrasiyabın yaxın adamı rəhmətə gedib. Biz bundan gec xəbər tutmuşuq. Onun konsertini heç kəs əvəz etməyəcək. Qonaqlar şəhəri gəzəcək, lazımı yerlərlə tanış olacaq".
Bahar Rüstəmli
AzNews.az