Mətbuatda sentyabrın 9-da Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunan Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbərin səhhətində problem yaranması ilə bağlı xəbərlər yer alıb. Mətbuatda sentyabrın 9-da Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunan Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbərin səhhətində problem yaranması ilə bağlı xəbərlər yer alıb.

“Tahir Əkbər reanimasiyada deyil” – Həyat yoldaşı xəbərləri təkzib etdi

Mətbuatda sentyabrın 9-da Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunan Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbərin səhhətində problem yaranması ilə bağlı xəbərlər yer alıb.


Məlumata görə, ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunan bəstəkar reanimasiyaya yerləşdirilib.

Məsələ ilə bağlı bəstəkarın həyat yoldaşı ilə saxladıq. O, AzNews.az-a açıqlamasında Tahir Əkbərin reanimasiyada olmadığını, palataya köçürüldüyünü deyib. Bildirib ki, sentyabrın 17-də T.Əkbərin halı qəflətən dəyişib və o, Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Təzyiqi qalxıb, həkimlər onu normaya sala bilmək üçün reanimasiya şöbəsinə yerləşdirib. Şükürlər olsun ki, Tahir müəllim özünü yaxşı hiss edir. Hazırda palataya köçürülüb və mən onun yanındayam".

Bahar RÜSTƏMLİ
AzNews.az