Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Nazirdən teleradio işçilərinə - Təbrik

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib.



AzNews.az xəbər verir ki, təbrikdə radio və televiziyanın əhəmiyyəti vurğulanıb: "Azərbaycan Radiosu fəaliyyətinin ilk vaxtlarından mədəniyyətimizin təbliğində, geniş dinləyici auditoriyasına çatdırılmasında, cəmiyyətimizin mədəni inkişafında mühüm rol oynayır. Radio efirində konsert proqramları, xanəndələrin çıxışları yayımlanır, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr öz əksini tapır. Bu gün radionun "qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. Ötən müddətdə Azərbaycan radio məkanı böyük inkişaf yolu keçib. Bu baxımdan 6 noyabr günü həm də ümumilikdə teleradio işçilərinin peşə bayramı sayıla bilər. Hazırda Azərbaycanda onlarla respublika və regional miqyaslı teleradio kanalları fəaliyyət göstərir. Bu kanalların bir qismi ölkəmizin hüdudlarından uzaqlarda da yayımlanaraq Azərbaycan həqiqətlərini, tarixi-mədəni irsimizi, respublikamızın müasir inkişaf nailiyyətlərini dünyaya çatdırır".

Nazir müraciətin sonunda respublikanın bütün teleradio işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara gələcək işlərində, maraqlı efir və ekran layihələrində uğurlar arzulayır.