Polşada Azərbaycan mədəniyyəti ilə bağlı tədbir

5-7 noyabr tarixində Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirlə əlaqədar nazirliyin sektor müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfov Varşava şəhərinə səfər edəcək. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə keçiriləcək tədbirlərdə "Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin strateji prioritetləri", "Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı" və "Azərbaycan nəfəsli alətlərin antologiyası" mövzuları ətrafında mühazirələr oxunulacaq və geniş müzakirə aparılacaq.

Qeyd edək ki, universitetlərin və Elmi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə əməkdaşlıq əlaqələrin yaradılması və birgə layihələrin həyata keçirilməsi ətrafında danışıqların aparılması da nəzərdə tutulub.

Bahar Rüstəmli
AzNews.az