Yazıçılar Birliyinin qurultay vaxtı açıqlandı

Azərbaycan Yazıçılar Birliyinin qurultayı bu ilin sonu gələn ilin ilk aylarında keçiriləcək. Bunu AYB-nin sədri Anar mətbuat konfransında bildirdi: "Birliyin qurultayının yubanmasının müxtəlif səbəbləri var. Əvvəllər də qurultaylar vaxtında keçirilmirdi.

Hətta bəzən birliyin qurultayları arasında 20 il fasilə də olub. Qurultaya hazırlıq işləri gedir. Amma bu proses asan getmir. Biz "Ədəbiyyat" qəzetinin hər nömrəsində elan veririk ki, birlik üzvləri qeydiyyatdan keçsinlər. Onlar qeydiyyatdan keçmirlər ki, biz nə qədər üzvümüz olduğunu dəqiq bilək".

"Bəs siz öz namizədliyini verəcəksinizmi" sualına belə cavab verdi: "Mən yalnız qurultay ərəfəsində namizədliyimi verib-verməyəcəyimə dair qərarımı bildirəcəyəm".

Bahar Rüstəmli
AzNews.az