Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası “Sezar” mükafatına sahib olan nominantları elan edib. Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası “Sezar” mükafatına sahib olan nominantları elan edib.

Maykl Duqlas fəxri “Sezar” aldı

Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası “Sezar” mükafatına sahib olan nominantları elan edib.


AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, mükafatı almağa əsas iddiaçı ekran əsərləri "Marqarita", "Cavanlığımın 3 xatirəsi", "Mustanq", "Dipan", "Gənc qan" və "Mənim kralım" filmləridir. Belə ki, filmlərdən "Marqarita" və "Cavanlığımın 3 xatirəsi" 11, "Dipan" və "Mustanq" filmləri isə 9 kateqoriyada təqdim olunub. "Gənc qan" və "Mənim kralım" filmləri hərəsi 8 mükafat almaq imkanına sahibdir.

Fəxri "Sezar" isə Hollivud aktyoru Maykl Duqlasa çatacaq. Mükafatlandırma mərasimi fevralın 26-də baş tutacaq.

Məlumat üçün bildirək ki, Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası 1974-cü ildə təsis edilib. Fransız kinematoqrafı sahəsində nailiyyətlərə görə ilk mükafatlandırma mərasimi 1976-cı il aprelin 3-də baş tutub. Akademiyanın təsis etdiyi mükafat dünya şöhrətli heykəltəraş Sezar Baldaççinin adını daşıyır.