O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəqsə görə bəyin sağdışını öldürən şəxsə hökm oxundu

O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. S.Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirovu bıçaqlayaraq qətlə yetirib.(report.az)

© AzNews.az