Bu cinayətlərdən 29-nun “isti izlər”lə açıldığı bildirilir Bu cinayətlərdən 29-nun “isti izlər”lə açıldığı bildirilir

2 gündə 188 cinayət törədilib - DİN-dən açıqlama

Bu cinayətlərdən 29-nun “isti izlər”lə açıldığı bildirilir

Noyabr ayının 17-dən 19-dək Respublika ərazisində 188 cinayət faktı qeydə alınıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, onlardan 29-u “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 10 nəfər xəsarət alıb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az