Onlardan 17-si “isti izlər”lə açılıb Onlardan 17-si “isti izlər”lə açılıb

Bir gündə 137 cinayət törədilib - Açıqlama

Onlardan 17-si “isti izlər”lə açılıb

Noyabrın 21-dən 22-dək Respublika ərazisində 137 cinayət hadisəsi baş verib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az