- Qanundan kənarda
- 29 Noyabr 2018 11:44
- 1 992
Televizorlar oğurlamışdılar, saxlanıldılar...

Faktlarla bağlı müvafiq araşdırmalar aparılır
Məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndi ərazisindəki oyun zallarının birindən 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlamaqda şübhəli bilinən kənd sakini Mehman Nuriyev saxlanılıb.
Daha 2 televizor oğurluqları Mingəçevir ŞPŞ və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən açılıb. Həmin şəhərlərdəki 2 evdən televizorları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Sahil Hüseynli və Yevlax şəhər sakini Rizvan Abbasov saxlanılıblar.
Hər üç faktla bağlı müvafiq araşdırmalar aparılır.
AzNews.az