Sahə müvəkkili işlədiyi zaman yaşlı qadının 80 min manatlıq evini əlindən alıb Sahə müvəkkili işlədiyi zaman yaşlı qadının 80 min manatlıq evini əlindən alıb

Keçmiş polis yaşlı qadının evini necə ələ keçirdi? - Məhkəmə işi

Sahə müvəkkili işlədiyi zaman yaşlı qadının 80 min manatlıq evini əlindən alıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş polis əməkdaşının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vasif Orucovun anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, polis əməkdaşı vəzifəsində çalışıb. O, Qaradağ rayon ərazisində sahə müvəkkili kimi işləyib.

Daha sonra dövlət ittihamçısı cinayət materialları ilə tanış olmadığını deyib, məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

İttiham aktına görə, V.Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Azər
AzNews.az