Evinin qarşısında qıza çoxsaylı bıçaq zərbələri endirib... Evinin qarşısında qıza çoxsaylı bıçaq zərbələri endirib...

​Ərə getməkdən imtina etdi, öldürdülər... - Dəhşətli cinayətin təfərrüatı

Evinin qarşısında qıza çoxsaylı bıçaq zərbələri endirib...

Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qadını qətlə yetirən şəxsin məhkəmə prosesi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinən Mərdanov Zəfər Rafiq oğlunun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 26-da hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, bu ilin avqust ayının 10-da 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızına Buzovnadakı evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirilib. Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gənc qadını xüsusi amansızlıqla qətlə yetirilən keçmiş məhkum Zəfər Mərdanovu saxlayıb.

Z. Mərdanov qəsəbəyə 1977-ci il təvəllüdlü tanışı Zülfiyə Şiriyevaya məxsus Mitsubishi markalı avtomobillə gəlib. O, Bakı sakini, 1994-cü il təvəllüdlü Hümbətova Səkinə Hüseyn qızına evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirib. Qətl qəsəbə ərazisində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra avtomobil Şağan qəsəbəsi ərazisində tapılıb.

Maşının sahibi Şiriyeva polis tərəfindən saxlanılıb. Məlum olub ki, qadın cinayətin şahidi olub. Mərdanov Hümbətovaya hücum edəndə o, maşında imiş. Şiriyeva ilə bağlı AR CM-nin 307-ci maddəsi (Cinayətin gizlədilməsi) ilə cinayət işi açılıb.

İstintaq zamanı qətlin hansı səbəbdən törədildiyi də məlum olub: öldürülən qadın Mərdanova ərə getməkdən imtina edibmiş. Hümbətovanın 1 azyaşlı övladı qalıb.

Faktla bağlı 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Mərdanov Zəfər Rafiq oğlu saxlanılıb. Mərdanov əvvəllər AR Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 178-ci (Dələduzluq: xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) maddələri ilə məhkum olub.

Azər
AzNews.az