Silahları və ovları müsadirə edildi Silahları və ovları müsadirə edildi

Dovşan ovlayan 5 nəfər saxlanıldı - FOTO

Silahları və ovları müsadirə edildi

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzNews.az-a verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.

Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Araşdırma aparılır.

AzNews.az