Qanunsuz ov etdiklərinə görə... Qanunsuz ov etdiklərinə görə...

Göygöldə Bağırov soyadlı 5 nəfər saxlanıldı - Səbəb

Qanunsuz ov etdiklərinə görə...

Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ”, markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

AzNews.az

image description image description