Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb. Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb.

Keçmiş məhkumun evindən silah və narkotik çıxdı - FOTOLAR

Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb.

Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 51 yaşlı Qalib Əliyusif oğlu Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı 3,3 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Qalib Zərbaliyev qurudulmuş marixuana saxladığını bildirdiyi üçün yaşadığı evin həyətində öz razılığı ilə axtarış aparılıb, bu zaman 1 ədəd kibrit qutusunda saxladığı 8,1 qram çəkidə qurudulmuş marixuana, həmçinin yaşadığı evin zirzəmisindən 1 ədəd əl qumbarası, 1 ədəd 7,62 mm çapında, 1 ədəd 5,45 mm çapında avtomat güllələri, 1 ədəd 9 mm çapında tapança gülləsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Q.Zərbaliyev əvvələr də narkotik maddələrin kultivasiyası ilə məşğul olduğuna görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az

image description image description image description image description image description