O, bir mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinir O, bir mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinir

Qohumunun MTK sədri olduğunu dedi və... - 240 minlik fırıldaq

O, bir mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinir

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Qasım Hüseynov barəsində olan hökmdən Ali Məhkəməyə şikayət edib.

AzNews.az-ın məlumatına görə, Hüseynov Qasım İsax oğlunun məhkəmə prosesi mart ayının 3-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, Q.Hüseynov Bakıda yerləşən tikinti şirkətlərindən birinin rəhbəri ilə qohum olduğunu əsas gətirərək vətəndaşları mənzillə təmin edəcəyini deyib. O, bu yolla paytaxt sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq edib. Q.Hüseynov bir mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 32.4, 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Azər
AzNews.az