"Bu, çox xoşagəlməz təbliğatdır" "Bu, çox xoşagəlməz təbliğatdır"

Xəyanət videosu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

"Bu, çox xoşagəlməz təbliğatdır"

“Qadının ərinə olan xəyanəti ilə bağlı videoya uşaqlar da baxırlar”.

Bunu AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ərinə xəyanət edən qadının video-görüntüsü ilə bağlı danışarkən deyib. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Bu, kütləvi şəkildə əxlaqsızlığın təbliğatıdır, bu, cinayətdir. Mən hüquq mühafizə orqanlarına müraciət edirəm, belə halların qarşısı alınsın. Çox xoşagəlməz təbliğatdır. Hamı bilir ki, xəyanətin cəzası boşanmadır və onun da yolu məhkəmədən keçir. Amma bunu ictimailəşdirib biabırçılıq yaratmaq Azərbaycan xalqının xeyrinə deyil”.

Bahar RÜSTƏMLİ
AzNews.az