Qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər Qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər

Mənzildən oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər

Şirvan şəhərində mənzillərə qənim kəsilən şəxslər tutulub.

AzNews.az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 16-da rayon ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rəşad Ağamalıyev və Yevgeniy Vatolin saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.