Bakıda maşından 17 kq narkotik çıxdı - DİN-nin əməliyyatı

Saxlanılan narkotik marixuana və heroindən ibarətdir

Qaradağ rayonunda 17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

AzNews.az-ın məlumatına görə, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

AzNews.az