Həbs olunan dəstə üzvləri "Hafka" ləqəbli Hafiz Məmmədovun adamlarıdır Həbs olunan dəstə üzvləri "Hafka" ləqəbli Hafiz Məmmədovun adamlarıdır

Polis zabitini güllələyən mütəşəkkil dəstə hökmdən narazıdır - "Hafka"nın adamları...

Həbs olunan dəstə üzvləri "Hafka" ləqəbli Hafiz Məmmədovun adamlarıdır

Prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova xəsarət yetirməkdə və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadəni güllələyib öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvləri Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Ağayev Ramal Həsən oğlu və Həsənov Emin Vaqif oğlunun məhkəmə prosesinə hakim Sahibxan Mirzəyev sədrlik edir.

İstintaq materiallarından məlum olub ki, Naxçıvanda anadan olan, ali təhsilli R.Ağayev evlidir, himayəsində 2 azyaşlı övladı var.

Naxçıvanda anadan olan orta təhsilli, subay M.İsmayıl əvvəllər xuliqanlıqda ittiham edilərək məhkum olunub.

Ordubad rayonunda anadan olan, ali təhsilli K.Abbasov subaydır.

Naxçıvanda anadan olan E.Həsənov evlidir, himayəsində azyaşlı uşaqları var. "Baghlan Group" şirkətində mühafizəçisi işləyib.

Qeyd edək ki, M.Mədətovla dəstə üzvləri arasındakı insidentə səbəb söyüş olub.

Adı çəkilən şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.

Onları saxlamaq üçün gedən polis polkovniki Orxan Axundzadəni isə atəş açıb yaralarayaq hadisə yerindən qaçıblar.

Onlar saxlanıldıqdan sonra ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər: “Əgər polis olduqlarını bilsəydik, atəş açmazdıq".

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın "Hafka" ləqəbli Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

Azər
AzNews.az