- Qanundan kənarda
- 27 Yanvar 2019 21:51
- 2 297
Qaxda 44 yaşlı kişi öz-özünü bıçaqladı
Yaralı xəstəxanaya çatdırılıb.
Qax rayonunda 44 yaşlı kişi öz-özünü bıçaqlayıb.
Hadisə axşam saatlarında Qaxbaş kəndində baş verib.
Kənd sakini, 1975-ci il təvəllüdlü Firudin Hüseyn oğlu Qədirli qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı F.Qədirli yaşadığı ünvanda intihar etmək məqsədilə özünə bıçaq xəsarəti yetirdiyini bildirib.
O, əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az