Əlindəki bütün pulu aldı, 10 manat yolpulu qaytardı

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

DİN xəbər verir ki, yanvarın 25-də paytaxt sakini Fərid Həsənov rayon ərazisində yerləşən internet klublarının birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb.

Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

O, əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxmasını gözləyib və ona yaxınlaşıb.

Qeyd edək ki, Ceyhun Sultanov zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yolpulu etməsi üçün F.Həsənovun özünə geri qaytarıb.(qafqazinfo.az)

© AzNews.az