14 evi soyanlar saxlanıldı - FOTO

Oğrular əsasən kəndlərdə yerləşən bağ evlərini hədəf seçiblər

Sabunçu rayonunda 14 evdən oğurluq edən şəxslər tutulub.

AzNews.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıb.

Əməliyyat zamanı Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyev tutulub.

Araşdırma zamanı onların Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında yerləşən 14 evdən əsasən kombi, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub.

Qeyd edək ki, bağ evlərinə oğurluğa E.Qəhrəmanov daxil olub. Daha sonra o, oğurladığı əşyaları N.Quliyevin avtomobili ilə həmin ərazidən apararaq satıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Azər
AzNews.az

image description image description