Hələlik 1 nəfər şübhəli şəxs qismində saxlanılıb Hələlik 1 nəfər şübhəli şəxs qismində saxlanılıb

“Sumqayıtdakı kütləvi davada...” - Polis rəisi danışdı

Hələlik 1 nəfər şübhəli şəxs qismində saxlanılıb

Sumqayıt şəhərində 6 nəfər arasında kütləvi dava düşüb.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanovun AzNews-a verdiyi açıqlamaya görə, baş vermiş faktla bağlı 1 nəfər şəxs qismində saxlanılıb: "Dava iştirakçılarından biri idmançı gənclərdən birinin qohumuna sataşıb. Bununla əlaqədar olaraq qızın qohumları qarşı tərəflə görüşüb, nəticədə kütləvi dava baş verib. Əlbəyaxa dava zamanı bıçaqlanan üç nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Emin xəstəxanaya çatdırılıb. Cərrahiyə əməliyyatından sonra Eldar və Emin reanimasiya şöbəsinə yerləşdirilib, Anar isə şübhəli şəxs qismində saxlanılıb".

Polis rəisi kütləvi dava ilə bağlı bəzi mətbuat orqanlarında gedən yazılara da münasibət bildirib. Onun sözlərinə görə, davada 30 nəfər yox, 6 nəfər iştirak edib. Hazırda faktla bağlı İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Azər
AzNews.az