Hadisə Ankarada qeydə alınıb. Hadisə Ankarada qeydə alınıb.

Hamiləliyi sonlandıran həb satdı - tutuldu

Hadisə Ankarada qeydə alınıb.

Türkiyənin paytaxtı Ankarada 1150 qadına qadağan olunmuş həb satan şəxs saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən hamiləliyi sonlandırdığı üçün qadağan olunan dərmanı satdığı üçün polis tərəfindən saxlanılan, daha sonra sərbəst buraxılan şəxs 4 gün sonra yenidən tutulub.

Ankara polis şöbəsindən verilən məlumata görə, E.Abdullah dərman satışına yenidən başladığı üçün ələ keçirilib.

E.Abdullahın həmin dərmanları 1150 qadına 300-1000 lirə arasında satdığı aşkar edilib.

Nigar CƏFƏR

AzNews.az