Məhkəmə baxışı aprelin 1-nə təyin edilib. Məhkəmə baxışı aprelin 1-nə təyin edilib.

Piyadanı öldürən 16 yaşlı oğlan məhkəmə qarşısında

Məhkəmə baxışı aprelin 1-nə təyin edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin antek məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Araşdırma zamanı 16 yaşlı Q.Qurbanovun sürücülük vəsiqəsinin olmadığı məlum olub.(ona.az)

AzNews.az