- Qanundan kənarda
- 13 Avqust 2019 13:00
- 2 021
Hamilə arvadını bıçaqlayan kişi tutuldu - Bakıda
Cütlüyün 4 övladı var
Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.
Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var. (Report)