Onun barəsində 3 il həbs cəzası təyin edilib Onun barəsində 3 il həbs cəzası təyin edilib

“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı

Onun barəsində 3 il həbs cəzası təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Xatırladaq ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən 49 yaşlı İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, ailə başçısı İlham Hüseynov heç yerdə işləməyib, spirtli içki aludəçisi olub, səbəbsiz yerə ailədə dava-dalaş salıb. Ailə ağır maddi vəziyyətdə olduğundan Günel orta məktəbi bitirdikdən sonra işləmək məcburiyyətində qalıb. Evə qazanc gətirən yeganə şəxs Günel olub. İmkansızlıq ucbatından hətta qaz pulunu ödəyə bilməyiblər və evə gələn qaz xətti kəsilib. Uzun müddət yeməyi, çayı həyətdə odun sobasında hazırlayıblar. (virtualaz.org)

AzNews.az