Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib

Oğul 79 yaşlı atasını ölümcül bıçaqladı - Göyçayda dəhşət!

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır. (Trend)