ŞOK: Qəfəsdə yaşayan qız tapıldı – Ana onu bir şüşə araq üçün kişilərə satırmış

Qız çoxuşaqlı ailədə tərbiyə olunub

Rusiyanın Oryol vilayətində Diana adlı 12 yaşlı qız pis vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Oreltayms nəşri yayıb.

Məlumata görə, 12 yaşlı Mauqli cəmi 5-7 yaş arası görsənir.

Qız çoxuşaqlı ailədə tərbiyə olunub, onun yeddi bacı-qardaşı var. Uşaq hələ də danışa bilmir, səslər ilə ünsiyyət qurur: it kimi hürür, zingildəyir və ulayır. O, sözün əsl mənasında yeməyin üstünə atılır. Lakin bütün bunlar qız haqda açıqlanan şok məlumatların hamısı deyil.

“Spirtli içki aludəçisi olan ana uşağını həmişə gizlədərək evdə bir qəfəsdə saxlayıb. Hara aparmaq lazım gələndə isə təkərli arabaya mindirirmiş. Bir şüşə araq üçün qızı kişilərə satırmış", - deyə şahidlər iddia edirlər.

Uşaq aşkarlandıqdan sonra "səhlənkarlıq" maddəsi ilə Vilayət İstintaq İdarəsində cinayət işi açılıb.

Hazırda ananın bütün uşaqları onun əlindən alınaraq ixtisaslaşdırılmış müəssisələrə yerləşdirilib. Müstəntiqlər ailənin vəzifəli şəxslərini, tibb işçilərini, qohumlarını və tanışlarını dindirirlər.

Babək Göyüş

AzNews.az